Türkiyə Krımla bağlı Azərbaycanla məsləhətləşəcək

Türkiyə Krımla bağlı Azərbaycanla məsləhətləşəcək

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Krımla bağlı Azərbaycan və Qazaxıstanla siyasi məsləhətləşmələr aparacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş nazirin özü deyib.

Onun sözlərinə görə, rəsmi Ankara Ukraynadakı hadisələr və Krımdakı referendumla bağlı Rusiya ilə danışıqları davam etdirəcək.

Bir müddət əvvəl məsələ ilə bağlı münasibət bildirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Rusiyanı qonşu ölkələrin ərazi bütövlüyünə hörmət etməyə çağırıb. O bildirib ki, Moskva regionda təkbaşına siyasət aparır.

Krımda keçirilən referenduma gəlincə isə Türkiyənin xarici işlər naziri söyləyib ki, regionda oxşar hadisələrin inkişafına imkan yaratmaq yolverilməzdir.

Qeyd edək ki, ötən gün Krımda referendum seçkiləri keçirilib. Səsvermə nəticəsində Krımın Rusiyanın birləşməsi səs çoxluğu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə