Rusiya: "Krımda referendum mütəşəkkil və ciddi pozuntular olmadan keçir"

Rusiya: "Krımda referendum mütəşəkkil və ciddi pozuntular olmadan keçir"

Müşahidəçi qrupuna rəhbərlik edən Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Slutski qeyd edib ki, Krımda referendum ciddi qanun pozuntusu olmadan və son dərəcədə yüksək fəallıqla keçir.

"Seçkilər ciddi pozuntular olmadan sistemli, mütəşəkkil şəkildə keçirilir. Son dərəcədəki fəallıq ilk saatlardan artıq 50% keçib " - Slutski jurnalistlərə deyib.

Belə ki, yerli vaxtla saat 19:00-dək referendumda Krım əhalisinin təxminən 70 faizi və ya 970 min nəfəri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə