ABŞ referendumun nəticəsini tanımayacaq

ABŞ referendumun nəticəsini tanımayacaq

Bu gün Ukraynanın Krım Muxtar Respublikasının gələcəyini təyin edәcәk referendum üçün səsvermə başlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Krımın Rusiyaya qoşulub - qoşulmaması ilә bağlı referendumun nәticәsi sabah müəyyən olunacaq.

Referendumda "Rusiyaya qoşulmaq istәyirsinizmi? 1992-ci ildәki Krım Konstitusiyasının yenidən qüvvəyə minməsi və Krımın Ukraynanın bir parçası olmasına razısınızmı ?" kimi suallar öz əksini tapacaq.

23 ölkədən 135 müşahidəçi tərəfindən izlənilən referendumda qeydiyyata alınan 1 milyon 200 min seçici var. Ancaq Krım Tatarları referendumu boykot etməyi qərara alıb.

ABŞ və bir çox Avropa ölkəsi "referendumun beynəlxalq hüquqa zidd olduğunu və nəticəsi hәr nә olursa - olsun rәsmi qaydada tanımayacaqlarını açıqlayıb.

Rusiya isə Krımın statusuna dair referendumun tamamilə beynəlxalq hüquqa uyğun olduğunu və Krımların qərarına hörmәtlә yanaşacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə