"Azlıqların hüquqları təhlükədə deyil"
Ukrayna rəhbərliyi inkar etdi

Ukrayna rəhbərliyi Rusiyanın Krıma müdaxiləsinə əsas olaraq irәli sürdüyü azlıq hüquqlarının təhlükədə olmadığını bir daha sәslәndirib. SİA-nın məlumatına görə, Ukraynanın BMT yanındakı daimi nümayəndəsi səfir Yuriy Sergeyev Amerika Birləşmiş Ştatlarının New –York şəhərində TRT kanalına verdiyi müsahibәdә ölkəsində yaşayan bütün azlıqların hüquqlarının zəmanət altında olduğunu bildirib vә Krımda yaşayan vətəndaşlarının Rusların himayәsinә daxil olmaq istәmәdiklәrini vurğulayıb.

Türkiyənin onlara verdiyi dəstəyə görə minnәtdarlığını ifadә edәn Sergeyev, "Türkiyə bizi həm BMT-dәŞ həm də digər platformalarda dəstəkləyir. Siyasi və mənəvi olaraq Ankaranın bütün dəstəyinə sahibik" – deyərək fikrini tamamlayıb.

Krım tatarlarının ABŞ-dakı liderlərindən Ayla Atalı da TRT-yә verdiyi müsahibәdә Krım tatarlarının 1942 -ci ildəki sürgün günlərinə qayıtmaqdan qorxduqlarını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə