Rusiya BMT Təhlükəsizlik Şurasında qәbul edilәn vә Krımdakı referendumun qeyri-qanuni olduğu vurğulanan layihәni veto edib. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, ABŞ tərəfindən hazırlanan layihənin Rusiya tərəfindən veto edilәcәyi qabaqcadan proqnozlaşdırılırdı.
Ancaq layihəni hazırlayanlar BMT Təhlükəsizlik Şurasına üzv ölkәlәrin Krımın işğalına reaksiya verdiklәrini göz önünә sәrmәk üçün referendumu sәsә qoyub.
Təhlükəsizlik Şurasındakı səsvermədə 13 nəfər müsbət qərarını versə də, amma Çin bitərəf qalıb. Rusiya isə layihəni veto edib.
Layihәdә Ukraynanın suverenliyinə, müstəqilliyinə, birlik-bәrabәrliyinә və ərazi bütövlüyünə diqqәt çәkilib. Krımdakı referendumun etibarının olmadığı Krımın statusunu dəyişdirmək üçün әsas tәşkil etmiyәcәyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB