Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada sәfәrdә olan İraqın şimalındakı regional rəhbərliyin Baş naziri Neçirvan Bərzani ilə görüşüb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, tәxminәn 2 saat davam edәn görüşdә Enerji və Təbii Sәrvәtlәr naziri Taner Yıldız ilə Türkiyə xarici işlər nazirliyinin müşaviri Feridun Sinirlioğlu da iştirak edib.
Danışıqlar zamanı enerji siyasəti vә neft xәtti ilә İraqın şimalından Ceyhan qәsәbәsinә çatdırılan neftin dünya bazarlarına satışı, Bağdad rəhbərliyi ilə aralarında olan problemlərin hәllinә dair proses vә açılması planlanan yeni sərhəd qapıları mövzusu müzakirә edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB