Avropa İttifaqı Şurası Moldova vətəndaşları üçün vizaları ləğv etməyi qərara alıb
Martın 14-də Avropa İttifaqı (Aİ) Şurasının iclası keçirilib.
Aİ üzvü olan dövlətlərin nəqliyyat nazirləri formatında keçirilmiş iclasda Moldova Respublikasının (MR) biometrik pasportları olan vətəndaşlarına Şengen sazişinin iştirakçısı olan dövlətlərin ərazisində qısa müddət (6 ay ərzində 90 günə qədər) olmaq üçün vizanın ləğv edilməsi təklifi dəstəklənib.
Avropa İttifaqının iştirakçısı olan dövlətlər tərəfindən bu təklifin qəbul edilməsi nəticəsində Aİ-nin viza rejiminin liberallaşdırılması prosedurunun həlledici fazası başa çatır.
Qərarın təsdiq edilməsi proseduru Aİ Şurasının sədri və Avropa Parlamentinin sədri səviyyəsində birgə razılaşmaya əsasən düzəliş edilmiş 539/2001 nömrəli qərarın imzalanması yolu ilə həyata keçirilməli, sonra isə həmin sənəd Aİ-nin rəsmi jurnalında dərc edilməlidir.
Dəyişiklik edilmiş qərar Avropa İttifaqının rəsmi bülletenində dərc ediləndən 20 gün sonra qüvvəyə minəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB