Livanda toqquşma zamanı 6 nəfər ölüb, 39 nəfər yaralanıb

Livanda toqquşma zamanı 6 nəfər ölüb, 39 nəfər yaralanıb

Livanın Şimalında Tripoli şəhərində sünnilərlə ələvilər arasındakı qarşıdurma zamanı 6 nəfər ölüb, 39 nəfər yaralanıb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.

Livan ordusu atəş açılan, basqın edilən şəhər və rayonlarda reydlər həyata keçirib. Qarşıdurma zamanı 5 əsgər yaralanıb.

Qeyd edək ki, ələvilərin Suriya hökümətini müdafiə edən " Hizbullah" qrupu tərəfindən dəstəkləndiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə