Vitaliy Kliçko: “Ukraynada siyasi turistlər var”

Vitaliy Kliçko: “Ukraynada siyasi turistlər var”

Avromaydanın ən fəal siyasi güclərindən olan UDAR partiyasının lideri Vitaliy Kliçko Xarkov və Donetskdə olub. SİA-nın məlumatına görə, Kliçko orada aqressiv və əhaliyə qarşı kifayət qədər güc tədbiq edən insanları gördüyünü deyib. Partiyanın mətbuat xidmətindən bildirilib ki, həmin adamların əllərində Rusiya Federasiyasının bayraqları olub.

"Mən əminəm ki, onlar Ukraynaya səfər edən siyasi turistlərdir və Rusiyadan gəldiklərini heç də gizlətmirlər".

Xatırladaq ki, sabah Ukraynanın bir hissəsində, eləcə də Krım yarımadasında inzibati ərazinin Rusiyaya birləşdirilməsi üçün referendum keçiriləcək. Rəsmi Kiyev və Qərb bu referendumun nəticələrini tanımayacaqlarını bəyan edirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə