İsveç Azərbaycan və digər Şərqi Avropa ölkələri barəsində yeni “səmərəli strategiya” haqqında qərar qəbul edib
İsveç hökuməti Azərbaycan və digər Şərqi Avropa ölkələri barəsində yeni "səmərəli strategiya" haqqında qərar qəbul edib.
Yeni strategiya Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusa, Balkan dövlətlərinin bir qisminə – Albaniya, Bosniya və Herseqovina, Kosovo, Makedoniya, Monteneqro və Serbiyaya, habelə Türkiyəyə tətbiq ediləcəkdir. Bu ölkələrə yardım strategiyası 2014-2020-ci illər üçün nəzərdə tutulub. Onun həyata keçirilməsinə 8 milyard krona (900 milyon avro) ayrılacağı gözlənilir.
İsveç yardımı bazar iqtisadiyyatı olan azad və demokratik ölkələr kimi inkişaf etmək istəyən ölkələrə uzunmüddətli dəstək göstərilməsini nəzərdə tutur. Bu yardım inzibati və hüquqi islahatlara, habelə insan hüquqları, vətəndaş cəmiyyəti, iqtisadi inteqrasiya və inkişaf, ətraf mühit, energetika və s. sahələrdə islahatlara yönəldiləcəkdir. Yardım çərçivəsində gender bərabərliyi prioritet sahə olaraq qalır.
Qeyd edək ki, yeni strategiya çərçivəsində Ukraynadakı vəziyyətə xüsusi diqqət yetiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB