Suriyada tikililərin bərpası üçün 165 milyard dollar lazımdır HESABAT
Suriyada üç ilə yaxındır ki, davam edən vətəndaş müharibəsinin başlamasından bu günə qədər qarşıdurmalar nəticəsində 2 milyon 945 min bina dağılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqqları Təşkilatının ( SNHR ) hazırladığı hesabatda bildirilib.
Məlumata əsasən, Həmasda 875 min, Hələbdə 762 min, Dəməşqdə 625 min, İdlibdə 520 min, Derada 380 min, Deyruz Zorda 135 min, Lazkiyə, Rakka və Hasekidə 200 min bina yenidən inşa olunmalıdır: "Bu binaların yenidən tikilməsi üçün 165 milyard dollar lazımdır. Təmirə ehtiyacı olan 736 min tikilinin isə 3 min 872-i məktəb, 451-i məscid, 194-ü xəstəxana, 36-sı isə kilsədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB