Xarkovda RF bayrağı qaldıran şəxs sosial şəbəkədə nasist uniformasındakı şəklini paylaşıb FOTO
Ukraynanın Xarkov şəhərində Rusiya Federasiyasının bayrağını qaldıran şəxsin sosial şəbəkədə ilginc fotosu yayılıb. SİA ru.tsn.ua saytına istinadən xəbər verir ki, həmin şəxsin səhifəsində onun faşist Almaniyası, Hitler Reyxi dövrünə aid uniformadakı şəkli yer alıb. Sözügedən şəxsin "kontakt" sosial şəbəkəsindəki adı Mika Ronkaynen kimi yazılıb.
Lakin maraqlı məqam budur ki, həmin şəkil ilə yanaşı, onun Xarkov vilayət administrasiyasının binasına RF bayrağını sancdığı anı əks etdirən fotosu da yer alıb. Müəllif hesabında qeyd edib ki, o, Moskva şəhərinin sakinidir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB