NATO baş katibinin müavini Brüsseldə Krım tatarlarının liderini qəbul edəcək

NATO baş katibinin müavini Brüsseldə Krım tatarlarının liderini qəbul edəcək

NATO baş katibinin müavini Aleksandr Verşbou martın 14-də Alyansın Brüsseldəki mənzil-qərargahında Ukrayna Ali Radasının üzvü, Krım tatarlarının lideri Mustafa Abdulcəmil Krımoğlunu qəbul edəcək.

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun pres relizində deyilir.

Qeyd edək ki, martın 12-də Krım tatarlarının lideri, 1991-2013-cü illərdə Krım Tatar Məclisinə rəhbərlik etmiş Mustafa Abdulcəmil Krımoğlu ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər Krımda yaranmış vəziyyəti müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə