Dünya bankından Ukraynaya DƏSTƏK

Dünya bankından Ukraynaya DƏSTƏK

Dünya bankı qrupunun prezidenti Cim Yon Kim bu gün Ukraynanın baş naziri Aarseniy Yatsenyukla görüş keçirərkən bəyan edib ki, Ukraynanın yeni hakimiyyətinin keçirəcəyi islahatlarla bağlı bu ölkəyə maddi yardım göstərməyə hazırdır. SİA unian.net-ə istinadən xəbər verir ki, hələ martın 10-da Dünya bankı qrupu bu haqda bəyanat yaymışdı və həmin bəyanatda Ukraynada başladılacaq islahatlara dəstək veriləcəyi vurğulanmışdı. Qeyd olunmuşdu ki, bunun müqabilində Ukraynaya 3 milyard ABŞ dolları həcmində ilk yardım göstəriləcək.

Xatırladaq ki, Avropa İttifaqı da Ukraynaya ilk yardım paketi ayıracağını vəd edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə