Rus əsgərləri Krım Zelenaqorskında FOTO

Ukrayna silahlı qüvvələrinə məxsus radioötürücü mərkəz zəbt olundu
Rus əsgərləri Krım Zelenaqorskında FOTO

Rusiya əsgərləri Krımın Zelenoqorsk şəhərində Ukrayna silahlı qüvvələrinə məxsus "Pelenq" adlandırılan radioötürücü mərkəzin ərazisinə daxil olub. SİA-nın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Vladislav Seleznyov öz "facebook" hesabında məlumat yayıb.

""Pelenq" radioötürücü mərkəzin komandiri məlumat verib ki, Rusiya hərbçiləri onların xidmət etdiyi əraziyə daxil olublar. Hazırda obyekt rus hərbçilərinin nəzarəti altına keçib və postlar qurulub" - deyə, xəbərdə qeyd olunur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə