ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüblər. Bu barədə SİA Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir.
Ötən gün Moskvada baş tutan görüşdə həmsədrlər İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) iştirak edib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB