“Daha yaxşı Macarıstan uğrunda” macar partiyasının fəaliyyətinin qadağan olunması tələb edilib
Rumıniya Prezidenti Trayan Besesku "Daha yaxşı Macarıstan uğrunda" macar partiyasının fəaliyyətinin Rumıniyanın bütün ərazisində qanunvericiliklə qadağan olunmasını ölkə parlamentinin üzvlərindən tələb edib.
T.Besesku deyib: "Daha yaxşı Macarıstan uğrunda" macar partiyası nümayəndələrinin iştirak etdikləri Tırqu-Mureş şəhərində keçirilmiş dünənki nümayişlərdən sonra düşünürəm ki, Rumıniyanın bütün ərazisində bu partiyanın fəaliyyətini qadağan etmək vaxtı gəlib çatmışdır. Mən Rumıniya parlamentindən bu barədə müvafiq qanun qəbul olunmasını tələb edirəm".
O xüsusi qeyd edib ki, bu siyasi qüvvənin fəaliyyətinin qadağan olunması məsələsi Ali Müdafiə Şurasının növbəti iclasında da müzakirə olunacaq, belə ki, azadlıq, demokratiya və sərbəst hərəkət etmək hüququ, Beseskunun sözlərinə görə, "Daha yaxşı Macarıstan uğrunda" macar partiyasının ekstremist çağırışları ilə bir araya sığmaz.
Bu ərəfədə Transilvaniyadakı Tırqu-Mureş şəhərində Rumıniyada yaşayan macarların icazəsiz aksiyası keçirilib. Bu aksiyada "Daha yaxşı Macarıstan uğrunda" macar partiyasının rəhbəri Vona Qabor da iştirak edib. O, açıq-aşkar Rumıniya hökumətindən bu ölkədə yaşayan macarlara ərazi muxtariyyəti verilməsini tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB