İsrail əsgərləri Ramallahda 20 yaşındakı Fələstinli bir gənci vuraraq öldürüb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, ailəsi gənci evlərinin qabağında keçiləri otararkən öldürüldüyünü bildirib.
Atəş edən İsrail əsgəri isə gənci, maşınlarının şüşəsini sındırdığına görə öldürdüyünü deyib.
İsrail hərbçiləri dünən də İordaniyada işləyən fələstinli bir hakimi keçid məntəqəsindən keçərkən vuraraq öldürmüşdü.
İordaniyanın paytaxt şəhərində bir araya gələn iordaniyalılar İsrail səfirliyi qarşısında fələstinli hakimin öldürülməsinə etiraz ediblər.
Beynəlxalq Əfv Təşkilatı ötən ay İsrail əsgərlərinin Qərb sahilində ifrat səviyyədə gücdən istifadə etdiyini, son üç ildə onlarla fələstinlinin öldürdüyünə dair hesabat yaymışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB