Təxminən dörd gün əvvəl itən Malayziya sərnişin təyyarəsindəki şübhəli şəxslərdən birinin milliyəti dəqiqləşib. SİA xarici mətbuata istnadən xəbər verir ki, Kuala-Lumpurda mətbuat konfransı təşkil edən Malaziya Təhlükəsizlik Mərkəzinin müdiri Xalid Əbu Bəkirin sözlərinə görə, təyyarəyə oğurlanmış pasportla minən şəxslərdən biri 19 yaşlı İran vətəndaşıdır: "Düşünürük ki, o bu yolla Almaniyaya getmək istəyib. Digər şübhəli şəxs barəsində axtarışlar hələ də davam etdirilir".
Malayziya səlahiyyətliləri bildirib ki, şübhəlilərdən birinin iranlı olması, təyyarənin terror aktı nəticəsində itməsi anlamına gəlmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB