Türkiyə və İranın xarici siyasət idarələri arasında məsləhətləşmələr olub
Tehranda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında keçirilmiş görüşdə iki qonşu ölkə arasında əlaqələr, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Tehranın nüvə proqramı ilə bağlı danışıqların Ankaranı məmnun etdiyini diqqətə çatdıran türkiyəli diplomat bildirib ki, Türkiyə və İran regionda sülh və sabitliyin bərqərar olmasında mühüm rol oynaya bilərlər.
İranın xarici işlər naziri Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib və deyib ki, ölkəsi regional problemlərin həllində Ankara ilə birgə hərəkət etməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB