ABŞ-da zəlzələ olub

ABŞ-ın Sakit okean sahillərində 6,9 bal gücündə zəlzələ olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ Kaliforniya ştatının Eureka şəhərinin okean boyu 80 kilometr sahillərində yerli saatla 22:18-də baş verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən olmayıb. Alyaska Sunami Xəbərdarlıq Mərkəzi isə zəlzələnin ardınca sunami təhlükəsinin olmadığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə