Rumıniya sərmayələrin səviyyəsinə görə ən zəif nəticə göstərib

Rumıniya sərmayələrin səviyyəsinə görə ən zəif nəticə göstərib

Avropa Komissiyasının məruzəsinə əsasən, İsveç Avropa İttifaqında innovasiya və araşdırmalara qoyulan sərmayələrin səviyyəsinə görə birinci yerdədir. Məruzədə ikinci yerdə Danimarka, ondan sonra Almaniya və Finlandiya gəlir. Rumıniya bu siyahıda sondan üçüncü yerdədir.

Rumıniyadan əlavə belə zəif nəticələr göstərən ölkələr Bolqarıstan və Latviyadır.

Avropa Komissiyasının məruzəsinə əsasən, Rumıniya xüsusilə biznes sektorunda araşdırmalara və inkişafa qoyulan sərmayələrin səviyyəsinə görə çox zəif nəticələr göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə