Yatsenyuk ABŞ-a gedir

Ukraynanın baş naziri Arseniy Yatsenyuk gələn həftə ABÇ-a səfər etmək niyyətindədir. SİA məlumat verir k, bu barədə yeni hökumətin açıq iclasında bildirilib.

"Gələn həftənin çərşənbə axşamı hökumətin iclasına Vitaliy Qriqoryeviç (baş nazirin müavini Vitaliy Yarema) sədrlik edəcək. Belə ki, mənim martın 12-də ABŞ-a səfərim gözlənilir. Səfərimin məqsədi Ukraynadakı mövcud vəziyyətdən çıxış yolu axtarmaqdan ibarət olacaq"-deyə Yatsenyuk iclasa deyib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə