Rusiya hərbçiləri Krımın quru ilə tək əlaqəsi olan Perekop boğazında postlar qurur

Rusiya hərbçiləri Krımın quru ilə  tək əlaqəsi olan Perekop boğazında postlar qurur

Rusiya hərbçiləri çoxsaylı postlarını qurmaqda davam edirlər. SİA xəbər verir ki, belə postlardan biri Krım yarımadasının quru ilə tək əlaqəsi olan Perekop boğazıdır.

Ukraynanın dövlət sərhəd xidmətinin bildirdiyinə görə, dünən saat 17:30-da rusiyalı hərbçilər Armyansk rayonu ətrafında sərhədçilərin üzərində heç bir silahı olmayan yüngül müşahidə-kəşfiyyat təyyarəsini atəşə tutublar.

Belə ki, təyyarə patrul xidmətini yerinə yetirirdi. Patrul zamanı müşahidə olunub ki, ərazidə çoxsaylı postlar qurulur və həmin postların əksəriyyəti Perekop boğazını əhatə edir. Məhz həmin patrul zamanı postların birindən təyyarəyə tərəf atəşin açıldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə