"UDAR"dan yeni tələb

"UDAR" Partiyası hesab edir ki, hazırkı vəiyyətdə "Krım-Kuban" bərə marşrutunu, sərhədləri və Krım ərazisinin hava məlumatını dərhal bağlamaq lazımdır. SİA-nın məlumatına görə, bu haqda partiyanın mətbuat xidməti xəbər verib.

"Bu gün Ukrayna dövlətçiliyinin və ərazi bütövlüyünün qorunub-saxlanılması bizim əsas həfədlərimizdəndir. Bu baxımdan, təcavüz hallarının qarşısını almaq üçün, Ukraynanın suverenliyinin təhlükəyə düşməməsi üçün dərhal bu addımları atmaq lazımdır"-deyə xəbərdə qeyd olunub.

Qeyd edək ki, partiyanın lideri Vitaliy Kliçko bu günlərdə bəyan etmişdi ki, o Xerson ərazilərinin rusiyalı hərbçilər tərəfindən minalanmasına, eləcə də Çonqar qəsəbəsində isə sərhəd dirəklərinin qurulmasına etiraz edir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə