Yaponiya, Çin və Koreya Respublikası tariflərin ləğvi məsələsində razılığa gələ bilməyiblər
Yaponiya, Çin və Koreya Respublikasının rəsmi nümaəyənədələri ticarətin liberallaşdırılması üzrə üçtərəfli müqavilənin bağlanması barədə danışıqların dördüncü raundunu başa vurublar. Amma tərəflər arasında gömrük tariflərinin ləğvi məsələsində prinsipial razılıq əldə edilməyib.
İştirakçı ölkələr arasında bu istiqamətdə danışıqlara ötən ilin martından başlanılıb, lakin indiyədək tariflərlə bağlı hər hansı bir razılığa gəlmək mümkün olmayıb. Hər bir ölkə milli istehsalçıların marağını qorumaq məqsədilə məhsulların ayrı-ayrı növləri üzrə tarif səddini saxlamağa çalışır.
Yaponiya, Çin və Koreya Respublikası növbəti ilin sonunadək azad ticarət barədə üçtərəfli müqavilə bağlamağı qarşılarına məqsəd qoyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB