Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu martın 11-də BMT-nin baş katibi Pan Gi Munla görüşmək üçün Nyu-Yorka gedəcək. Bu barədə SİA "Anadolu" agentliyinə istinadən şənbə günü məlumat verir.
Məlumata görə, tərəflər Ukraynadakı vəziyyəti, Kipr problemini, həmçinin Türkiyənin BMT-nin Təhlükəsizlik Şurasının 2015-ci ildən 2016-ci ilədək dövründə qeyri-daimi üzvü statusunun qazanılmasını müzakirə edəcəklər.
Türkiyə XİN-in məlumatına görə, Davudoğlu xüsusi qonaq qismində Karib birliyi (KARİKOM) dövlət və hökumət başçılarının sammitində iştirak edəcək.
Sammitdə nazir Karib hövzəsi ölkələri ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB