Lavrov və Kerri Ukraynada və Krımdakı vəziyyəti müzakirə ediblər

Lavrov və Kerri Ukraynada və Krımdakı vəziyyəti müzakirə ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Ukraynada və Krımdakı vəziyyəti telefonla müzakirə ediblər və Ukrayna böhranın həllinə gələcəkdə də qarşılıqlı təsir göstərmək barədə şərtləşiblər. SİA "RİA Novosti" agentliyinə istinadən bu barədə şənbə günü Rusiya XİN-i bildirib.

"Diqqət mərkəzində Ukraynada və Krımdakı vəziyyət olub. Xarici siyasət idarələrinin rəhbərləri Ukrayna böhranın həllinə yardım məqsədi ilə intensiv əlaqələrin davam etdirilməsi barədə şərtləşiblər", - RF XİN-in məlumatında deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə