Amerika kəşfiyyat orqanları Rusiyanın Ukraynaya müdaxilə edəcəyi barədə daha öncədən məlumatlı olduqlarını bildiriblər.
SİA Ukrayna informasiya agentliklərinə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının rəhbəri Maykl Flinn hadisələri şərh edərkən deyib. Onun bildirdiyinə görə rəhbərlik etdiyi qurum Rusiyanın "hərbi təlimlərini" izləyib və Putinin Krıma müdaxilə etmək planlarından xəbərdar olub.
ABŞ hərbi kəşfiyyatının rəhbəri onu da bildirib ki, rusiyalı hərbçilərin yarımadaya müdaxilələrinə bir həftə qalmış ona özündə bütün detalları ehtiva edən hesabatlar daxil olmağa başlayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB