Kanada Rusiyanın bəzi rəsmi şəxslərinə qarşı viza sanksiyaları tətbiq edir

Kanada Rusiyanın bəzi rəsmi şəxslərinə qarşı viza sanksiyaları tətbiq edir

Kanada Ukraynadakı hadisələrlə bağlı Rusiyanın bəzi rəsmi şəxslərinə qarşı viza sanksiyaları tətbiq edir. Bunu Kanadanın Baş naziri Stiven Harper bəyan edib. SİA-nın məlumatına görə, xəbəri şənbə günü UNİAN agentliyi "Beşinci kanal"a istinadən yayıb.

Kanada hökuməti Rusiyaya təzyiqlərin gücləndirilməsi məqsədilə əlavə addımlar atır. S.Harperin sözlərinə görə, giriş vizalarının verilməsi o şəxslər üçün tətbiq edilir ki, onların fəaliyyəti Ukraynanın ərazi bütövlüyünü və suverenliyini təhdid edir.

Baş nazir sanksiyaların konkret olaraq kimlərə qarşı tətbiq edildiyini açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə