Nümayişlər zamanı 7 nəfər həyatını itirib

Nümayişlər zamanı 7 nəfər həyatını itirib

Misirdəki nümayişlər zamanı 7 insan həyatını itirib. SİA-nın məlumatına görə, Qahirədəki nümayişdə qarşıdurma yaranıb. Milli İttifaqın çağrışı ilə Qahirədə keçirilən aksiyada 7 nəfər həlak olub, yaralananlar barədə isə məlumat verilmir.

Nümayişçilərin 2-sinin odlu silahdan açılan atəş səbəbindən həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, Misirin keçmiş prezidenti Məhəmməd Mursiyə dəstək məqsədi ilə keçən ilin 28 iyunundan başlayan və ordunun buna müdaxilə etməsindən sonra daha da şiddətlənən nümayişlər 37 həfdədir ki, fasiləsiz davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə