Hollandiyada etiraz aksiyası keçirilib

Hollandiyada etiraz aksiyası keçirilib

Rusiyanın Krıma müdaxiləsinə Hollandiyada da etiraz edilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Hollandiyanın Lahey şəhərində Rusiya səfirliyi qarşısında bir qrup insan etiraz aksiyası keçirib.

Nümayişçilər Rusiyanın dərhal Krımdan geri çəkilməsini tələb ediblər.

Krım Həmrəylik Komitəsi tərəfindən təşkil edilən Krıma dəstək mitinqində yüzlərcə insan iştirak edib.

Aksiyaçılar Rusiyanın Krımdan geri çəkilməsi, Krım tatarlarının təhlükəsizliyinin bərpa edilməsi və bölgədə sülhün qorunması üçün beynəlxalq ictimaiyyətə müraciət ediblər.

İki saat davam edən nümayiş insidentsiz başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə