Suriyada qan su yerinə axır

Bəşər Əsədə tabe olan qüvvələrin Suriyanın müxtəlif şəhərlərində ağır artileriyadan açdığı atəş nəticəsində 53 insan həyatını itirib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Suriya İnsan Haqları təşkilatından verilən məlumata görə, rejim qüvvələri müxalifətin nəzarətində olan bölgələrə havadan endirdiyi hücum nəticəsində paytaxt Dəməşqin ucqar yerlərində 25, Humsda 8, Hələbdə 7, Deyruz da 4, Dərəbdə 4, Həmada 3 və İdlibdə 2 olmaqla 53 insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə