Krımda önəmli açıqlamalar verildi

Krımda önəmli açıqlamalar verildi

Türkiyədən olan diplomatik heyət Krıma səfər edib. SİA-nın məlumatına görə, heyət Krım tatar milli məclisinin sədri Rəfat Çubarov və Krım tatar milli məclisinin sabiq sədri Mustafa Əbdülcəmil Kırımoğlu ilə görüşüb.

Krım Tatar Milli Məclisi ilə birgə keçirilən iclasda Krımdakı böhranın həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyə xarici işlər nazirliyinin müşavir müavini Əli Kamal Aydın TRT-yə verdiyi açıqlamada Krımın Ukraynanın ayrılmaz bir hissəsini olduğunu bildirərək deyib ki, "Ukraynadakı böhran bütün Qara dəniz bölgəsinə təsir edə bilər": "Məqsədimiz son durumu yerində dəyərləndirmək və Krım tatarları ilə birlikdə vəziyyəti gözdən keçirməkdir. Böhranın Ukraynanın müstəqilliyi, suverenliyi, ərazi və siyasi bütövlüyü çərçivəsində təcili olaraq öz həllini tapmasını arzu edirik.Ukrayna bizim qonşumuz və strateji ortağımızdır. Biz də beynəlxalq ictimaiyyətlə birlikdə Ukraynadakı böhranın razılıqla və dialoqla, bütün tərəflərin iştirakı ilə həlli edilməsi üçün Türkiyə olaraq əlimizdən gələni yerinə yetiririk və bu uğurdakı səylərimiz davam edəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə