Soçidəki G-8 zirvəsinə hazırlıq görüşləri boykot ediləcək

Soçidəki G-8 zirvəsinə hazırlıq görüşləri boykot ediləcək

Avropa İttifaqı və ABŞ-nın Rusiyaya münasibətdə mövqeyi Krımda qəbul edilən referendum qərarından sonra sərtləşməkdə davam edir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Qərb ölkələrinin tamamilə dəstəyini alan rəsmi Kiyevdəki yeni hökumət də Krım məsələsində Moskvaya meydan oxuyur.

Ukraynanın yeni baş naziri Arseny Yatsenyuk deyib ki, Krım keçmişdə də, indi də, gələcəkdə də Ukraynanın olacaq. Bu barədə əsla güzəştə getmərik.

Yatsenyukun bu açıqlaması Avropa İttifaqından 11 milyard avro yardım alınmasından dərhal sonra verilib.

Paytaxt Kiyevdəki Rusiya səfirliyi qarşısında da nümayiş keçirilib.

Ukraynanın müvəqqəti dövlət rəhbəri Aleksandr Turçinov, Krım parlamentinin Rusiyaya birləşmə barədə qəbul etdiyi qərarın ləğvinə dair sənədi imzalayıb.

Krımda 16 martda keçirilməsi planlaşdırılan referenduma Avropa İttifaqı və ABŞ-ın münasibəti kəskin olub.

ABŞ prezidenti Barak Obama Krımdakı rus əsgərlərinin dərhal bazalarına qayıtmasının vacibliyini dilə gətirib. Obama Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığından öncə bəzi sanksiya qərarlarını açıqlayıb. Putin isə Krımdakı Rusların çağırışlarına laqeyd yanaşa bilməyəcəklərini bir daha dilə gətirib.

Avropa İttifaqının Brüsseldə baş tutan toplantısında da Ukraynaya sanksiya qərarı qəbul edilib. Buna görə Soçidəki G-8 zirvəsinə hazırlıq görüşləri də boykot ediləcək.

Rusiya mövqeyini dəyişməyəcəyi təqdirdə isə iyun ayında keçiriləcək zirvəyə Avropa İttifaqına üzv ölkələr qatılmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə