İsveçin maliyyə naziri Anders Borq müdafiə ehtiyacları üçün ayrılmış məbləği artırmağa hazır olduğunu bildirib.
Anders Borq Ukraynadakı hadisələrdən və Rusiya silahlı qüvvələrinin regionda fəallaşmasından sonra bu addımın vacibliyini qeyd edib.
Qeyd edək ki, nazir əlavə vəsaitin haradan əldə olunacağı ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
İsveçin müdafiəsinə ayrılacaq əlavə vəsaitin dəqiq məbləği yalnız mayın ortalarında Strateji Planlaşdırma Komissiyasının məruzəsinə baxıldıqdan sonra məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB