MDB-də Ukraynanın sədrliyinin hazırlığı ilə bağlı əsas tədbirlər iş planına uyğun aparılır. Bunu Ukraynanın Birliyin əlaqələndirmə təsisatlarındakı daimi səlahiyyətli nümayəndəsi İvan Buneçko deyib.
Ukraynanın sədrliyi planında nəzərdə tutulmuş qarşıdakı tədbirlər sırasında MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) aprelin 4-də Moskvada və Birliyin Hökumət Başçıları Şurasının mayın 30-da Kiyevdə keçiriləcək iclasları durur. İ.Buneçko həmçinin qeyd edib ki, hazırda bu tədbirlərin materialları hazırlanır, sahə müşavirələri keçirilir. Ukrayna ekspertləri bu müşavirələrdə fəal iştirak edirlər.
O, MDB XİNŞ-in Ukrayna tərəfindən əvvəlcə martın 7-də, sonra isə martın 12-də keçirilməsi təklif olunan növbədənkənar iclasına toxunaraq bildirib ki, bu iclasın keçirilməsi məsələləri Birliyin iştirakçısı olan dövlətlərin MDB-nin nizamnamə və digər orqanlarındakı daimi səlahiyyətli nümayəndələri şurasının martın 11-də Minskdə keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.
Onun sözlərinə görə, XİNŞ-ə dəvətnamələr bu ərəfədə paylanıb, buna görə də iştirakçılardan danışmaq hələ tezdir. Gündəlik əvvəlki kimi qalır: Ukraynanın ayrı-ayrı regionlarında, xüsusən Krım Muxtar Respublikasında yaranmış vəziyyət.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB