“Müsəlman qardaşları”nın liderləri üzərində məhkəmə prosesi dayandırılıb
Qahirənin cinayət məhkəməsi özünün qərarına əsasən, 2012-ci ilin dekabrında hakimiyyət və müxalifət arasında qarşıdurma zamanı nümayişçilərin həlak olması ilə bağlı iş üzrə Misirin eks-prezidenti Məhəmməd Mursi üzərində məhkəmə prosesini dayandırıb.
Yerli KİV-lərin bildirdiyinə görə, Məhəmməd Mursi və "Müsəlman qardaşları"nın bəzi liderləri insanların öldürülməsinə təhrikdə günahlandırılıblar. Ölkənin qanunvericiliyinə əsasən, sonuncu prosesin dayandırılması ilə Məhəmməd Mursi və "Müsəlman qardaşları" assosiasiyasının liderləri ilə əlaqədar bütün məhkəmə kargüzarlığı Misirin Apelyasiya məhkəməsi işə baxıb hökm çıxaranadək müvəqqəti dondurulub.
Ötən ilin payızından məhkəmə tərəfindən üç cinayət işinə başlanılıb. Bu proseslərin çərçivəsində "Müsəlman qardaşları"nın siyasi rəhbərliyi casusluqda, 2011-ci ilin yanvarında məkumların həbsxanadan kütləvi qaçmasında və 2012-ci ilin dekabrında "Əl-İttihadiyə" sarayının yaxınlığında nümayişçilərin öldürülməsində günahlandırılıb. Vəkillərin Qahirə Apelyasiya məhkəməsinə ünvanladıqları sorğular əsasında fevral-mart aylarında bütün proseslər dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB