Sevastopol da Rusiyanın tərkibinə daxil olmağa dair qərar qəbul edib
Martın 6-da Sevastopol Şəhər Şurasının növbədənkənar sessiyasında şəhərin Rusiyanın tərkibinə Rusiya Federasiyasının subyekti kimi daxil olunmasına dair qərar qəbul edilib.
SİA-nın "UNİAN"a istinadən verdiyi xəbərə görə, Sevastopol Şəhər Şurasının rəsmi saytında dərc olunmuş məlumata əsasən, "qərar Avropa Yerli Özünüidarəetmə Xartiyası, Ukrayna Konstitusiyasının 38, 69-cu maddələri, İqtisad, Sosial və Mədəniyyət Hüquqları haqqında Beynəlxalq Paktın 1-ci maddəsi, Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 1-ci maddəsi, Ukraynanın "Ukraynada Yerli Özünüidarəetmə" haqqında Qanunun 7 və 26-cı maddələrini rəhbər tutaraq qəbul olunub".
Xatırladaq ki, bir müddət əvvəl Sevastopol Şəhər Şurası şəhərin Rusiyanın tərkibinə daxil olması məsələsini martın 16-da keçiriləcək referenduma çıxarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB