Böyük Britaniyanın baş naziri Devid Kemeron Krımda referendumun keçirilməsini qeyri-qanuni adlandırıb. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, baş nazir həmçinin, Ukrayna ətrafında aparılan danışıqlarda irəliləyişlərin olduğunu da bildirib.
"Bu yaxınlarda Parisdə aparılan danışıqlarda bəzi irəliləyişlər əldə edilib. Lakin bu gün Krım parlamentində 10 gün sonra referendumun keçirilməsi haqqında qərarın verilməsi düzgün olmayan istiqamətdə atılan addım idi. Artıq Ukrayna hökuməti bu referendumu qeyri-qanuni hesab edib və Avropa Birliyi də bu mövqeyi dəstəkləyib" – deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB