BMT Təhlükəsizlik Şurasında Böyük Britaniyanın təşəbbüsü ilə bağlı qapılar arxasında Ukraynadakı vəziyyət müzakirə edilir. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iclas birbaşa telefonla Kiyevdən BMT baş katibinin birinci müavini Yana Elissonanı dinləmək və Krım ətrafındakı vəziyyəti müzakirə etmək üçün çağırılıb.
Böyük Britaniyanın BMT-dəki nümayəndəsi Mark Layell Qrant deyib ki, iclas eyni zamanda, Krımda Robert Serri ilə bağlı baş verən xoşagəlməz hadisə haqqında məlumat almaq üçün keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB