Obama Krımdakı referenduma qarşı çıxıb və Rusiyaya qarşı sanksiyaların reallaşdırılacağına söz verib

Obama Krımdakı referenduma qarşı çıxıb və Rusiyaya qarşı sanksiyaların reallaşdırılacağına söz verib

ABŞ prezidenti Barak Obama Rusiya və Ukrayna arasında birbaşa danışıqların başlanmasını təklif edib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, amerikalı lider Krımda keçirilməsi planlaşdırılan referenduma qarşı çıxıb və Rusiyaya qarşı sanksiyaların reallaşdırılmasının davam etdiriləcəyinə söz verib.

"Krımın gələcəyilə bağlı təklif olunan referendum Ukrayna konstitusiyasına və beynəlxalq hüquqa ziddir. Krımın gələcəyilə bağlı istənilən danışıqlarda Ukraynanın legitim hökuməti iştirak etməlidir" – deyə Obama əlavə edib.

Barak Obama bir daha Şərqi Avropakı müttəfiqlərini müdafiə edəcəyinə söz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə