AB Krım parlamentinin referendum haqqında qərarını qeyri-qanuni hesab edir
Avropa Birliyi Krım parlamentinin referendum haqqında qərarını qeyri-qanuni hesab edir. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu AB-nin sədri Herman van Rompey bildirib.
"Biz Krım parlamentini refendum keçirmək haqqında qərarını Ukrayna konstitusiyasına zidd hesab edirik, bu, qeyri-qanunidir" – deyə o, əlavə edib.
Qeyd edək ki, Krım parlamenti Rusiyanın tərkibinə daxil olmaqla bağlı məsələni referenduma çıxarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB