NATO-nun hücumu zamanı beş əfqan əsgəri həlak olub

NATO-nun hücumu zamanı beş əfqan əsgəri həlak olub

Şərqi Əfqanıstanda NATO- nun hava hücumu zamanı ən azı beş əfqan əsgəri həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər Logar vilayətinin Charkh rayonunda baş verib.

İddialara görə, mülki vətəntaşların həlak olduğu hava hücumunu Prezident Hamid Karzaiyə qarşı radikal mövqedə dayanan qüvvələr təşkil edib. Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Zahir Əzimi hücumda beş əsgərin şəhid olduğunu və səkkiz adi vətəndaşın yaralandığını bildirib.

Hadisə yerinə gələn bölgə qubernatoru Xəlilullah Kamal, France Presse xəbər agentliyinə postun tamamilə məhv edildiyini bildirib. Həmçinin o, hücumun ABŞ tərəfindən reallaşdırıldığını iddia edib.

NATO-nun Əfqanıstandakı koalisiyası Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) şərhində bildirib ki, "Biz əfqan tərəfdaşlarımızla güclü əlaqələrimizə dəyər veririk və bu kimi hadisələrin yenidən təkrarlanmamasını təmin etmək üçün hansı tədbirlərin görüləcəyi üzərində çalışacağıq."

Xarici qoşunların ilin sonunadək Əfqanıstanı tərk etmələri planlaşdırılır. Prezident Karzai isə ABŞ-la Əfqanıstandakı beynəlxalq qoşunların sayının azaldılmasını nəzərdə tutan təhlükəsizlik müqaviləsini imzalamaqdan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə