ATƏT-in üzv ölkələri Ukraynaya silahsız 40 hərbçi göndərir. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, göndərilən 40 nəfər 21 ölkədəndir.
Məlumatda deyilir ki, səfər martın 5-dən 12-dək olacaq və Odessadan başlayacaq.
"Ümid edirəm ki, bu hərbi səfər Ukraynada gərginliyin azalmasına gətirib çıxaracaq. ATƏT mövcud böhranın siyasi dialoq vasitəsilə aradan qaldırılmasına çalışacaq" – deyə ATƏT-in baş katibi Lamberto Zayera bildirib.
O, əlavə edib ki, ATƏT-in təhlükəsizlik məsələsinə yanaşmasında etibarlılıq və şəffaflıq əsas elementlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB