Pentaqon Baltikyanı ölkələrdəki qırıcılarının sayını iki dəfədən çox artıracaq

Pentaqon Baltikyanı ölkələrdəki qırıcılarının sayını iki dəfədən çox artıracaq

Pentaqon Ukraynadakı böhranın fonunda Estoniya, Latviya və Litva hava məkanında patrul xidmətini həyata keçirən F-15S qırıcılarının sayını iki dəfədən çox artıracaq. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Məlumatda deyilir ki, Baltikyanı ölkələrdə NATO-nun missiyasını yerinə yetirən 4 qırıcıya daha 6-sı, həmçinin, 1 təyyarə-yanacaqdolduran KC-135 qoşulacaq və qüvvələrin artırılması bu həftə baş tutacaq.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Çak Heygel konqresdə dinləmələr zamanı bildirib ki, Pentaqon Ukraynadakı siyasi böhranla əlaqədar, Polşa və Baltikyanı ölkələrlə hərbi əməkdaşlığı genişləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə