Putin Merkellə Ukraynadakı vəziyyəti müzakirə edib

Putin Merkellə Ukraynadakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin ilə Almaniyanın kansleri Angela Merkel arasında telefon danışığı olub.

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, tərəflər Ukraynadakı vəziyyətin nizamlanması üçün beynəlxalq fəaliyyət imkanlarını müzakirə ediblər.

Məlumatda bildirilir ki, danışıq Merkelin təşəbbüsü ilə baş tutub.

Putin və Merkel Ukraynadakı vəziyyətə dair fikir mübadiləsi aparıb, ölkədəki ictimai-siyasi situasiyanın normallaşdırılması üçün beynəlxalq fəaliyyət imkanlarını dəyərləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə