Rusiya Livana humanitar yardım tədarükünü davam etdirəcək

Rusiya Livana humanitar yardım tədarükünü davam etdirəcək

Rusiya Livana humanitar yardım tədarükünü davam etdirəcək. SİA "RİA Novosti" agentliyinə istinadən bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Parisdə Livana dəstək Beynəlxalq qrupunun ikinci iclasında bildirib.

"2013-ci ilin aprelindən yeddi reyslə Rusiya Fövqəladə Hallar Nazirliyi Livana 253 ton humanitar yük çatdırıb, o cümlədən səyyar elektrik stansiyaları, yumşaq mebel, ərzaq məhsulları və sair ilkin tələbat malları. Bu təcrübə davam etdiriləcək", - Lavrov deyib.

O, həmçinin vurğulayıb ki, Rusiya BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının büdcəsinə suriyalı qaçqınların ehtiyaclarının təmin edilməsi üçün artıq 6,5 milyon dollar vəsait ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə