Abdullah Gül: “Krımdakı gərginlik sülh yolu ilə aradan qaldırılmalıdır”
Türkiyə prezidenti Abdullah Gül Krımdakı gərginliyin sülh yolu ilə aradan qaldırılmasının vacibliyini bildirib.
SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti bunu Polşa dövlət başçısı Komorovski ilə keçirdiyi görüşü zamanı söyləyib.
"Türkiyə olaraq, Ukraynanın siyasi birliyinin, suverenliyinin, ərazi bütövlüyünün pozulmamasını və Krımdakı gərginliyin sülh yolu ilə aradan qaldırılmasını arzulayırıq" – deyə Abdullah Gül əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB