Krım və Tatarıstan əməkdaşlıq haqqında saziş imzalayıb

Krım və Tatarıstan əməkdaşlıq haqqında saziş imzalayıb

Krım və Tatarıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq haqqında saziş imzalanıb. Bu haqda SİA "RİA Novosti"yə istinadən məlumat verib.

Məlumatda bildirilir ki, saziş səhiyyə, turizm, investisiya və innovasiya sferalarında əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, bəzi siyasi analitiklərin fikrincə, bu cür addımlarla Rusiya Krımı iqtisadi və maliyyə baxımından təsiri altına almağa çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə